COP29

HAZIRLAŞIN - “Qarabağ”a görə dünyaya səs salacaq SÜRPRİZ!

22 Fevral 16:40 Qarabağ 12 414
HAZIRLAŞIN - “Qarabağ”a görə dünyaya səs salacaq SÜRPRİZ!

Avropa L iqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” “Braqa”nı qəbul edəcək.

Oyuna marağın böyük olduğuna şübhə yoxdur. Kassalarda biletlər oyuna 2-3 gün qalmış tükənib.

Təmsilçimizə əsas dəstəyi həmişə olduğu kimi, bu dəfə də “İmarət”lə “Qarabağ Ordu” verəcək. Hər iki qrupların üzvləri görüşə xüsusi yanaşır.

“İmarət” isə təkcə stadiona toplaşanları yox, oyunu ölkə daxilində və xaricində mavi ekran qarşısında əyləşənləri təəccübləndirəcək addımla yadda qalacaq.

Sözügedən qrupun üzvləri şəxsi vəsaitləri hesabına möhtəşəm xoreoqrafiya hazırlayıblar. Azarkeşlər mövzunun məğzini heç kimə açıqlamırlar. Niyyətləri futbol ictimaiyyətinə sürpriz etməkdir.

Odur ki, uzun illər yaddan çıxmayacaq xoreoqrafiyanın hansı məna daşıdığını bilmək üçün matçın başlama saatını gözləməliyik.

Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?