COP29

İdeal görünməyən "Qarabağ" - Adamı vahimə basır!

12 Fevral 11:40 Qarabağ 3 226
İdeal görünməyən "Qarabağ" - Adamı vahimə basır!

«Qarabağ» bir neçə gün sonra çağdaş tarixinin ən yeni qapısından içəri keçəcək.

«Braqa» ilə qarşılaşma bir ilkdir.

«Qarabağ» hələ Avropa Liqasında pley-off həyacanı yaşamayıb, artıq bu da olacaq.

Belə məsuliyyətli oyunlar öncəsi düşərgədə vəziyyət necədir? Təbii ki, ən yaxşısını və ən düzünü Qurban Qurbanov bilir.

Səmimiyyətinə inandığım biri kimi son dəqiqə təsvirini belə verib - indi ideal formada deyilik.

Kənar müşahidələrim də mənə elə bunu deyir, açığı. «Qarabağ» 2024-cü ildə artıq 6 rəsmi ölkədaxili oyun keçirib.

Üçü «Sabah»la olmaqla, bu qarşılaşmaların hamısında qapılarından top buraxıblar. 11 top bizə nəsə demir?

Doğrudan da, bulanıq mənzərədir. Təkcə «Sabah» bu üç oyunda 8 dəfə «Qarabağ»ın qapısına yol tapıb.

Yol tapmaq da sözdür… Andrey Lunyovu çox təriflədik, deyəsən.

Bu rus balasının qoltuğu şişənə oxşayır. Hardan vururlar, gedib tora qovuşur. Zalım heç yerindən də tərpənmr.

Topa reaksiyalarını yığışdırıb qoyub bir küncə. Luka Quqaşaşvilini bu aralar seyr etsək, heç də pis olmazdı.

Yenə də məsləhət Qurban Qurbanovundur.

Eləyə qalsa, Bədavi Hüseynov - Bəhlul Mustafazadə cütlüyünün də durumu narahatlıq doğurur. Belə kəntöy və vecsiz müdafiə xətti ilə «Braqa»nın önünə çıxmaq…

Adamı vahimə basır!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?