COP29

“Səhv etmirəmsə...” - “Qarabağ”ın yarımmüdafiəçisi

6 Dekabr 2023 11:20 Qarabağ 603
“Səhv etmirəmsə...” - “Qarabağ”ın yarımmüdafiəçisi

“Çətin oyun olacağını bilirdik.

Turnir cədvəlində aşağı pillələrdə qərarlaşmasına baxmayaraq, “Qəbələ” heç də zəif rəqib deyil.

Ona görə bu matça yaxşı hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etmişdik.

Çox şükür ki, istədiklərimizi meydanda reallaşdırdıq və qələbə qazandıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Toral Bayramov Premyer Liqanın 15-ci turunda “Qəbələ” üzərində qazanılan qələbəni (3:0) şərh edərkən deyib.

O, növbəti turda “Sumqayıt”a qarşı keçirəcəkləri matçın çətin keçəcəyini söyləyib:

“Artıq qarşıdakı matçın hazırlıqlarına başlayacağıq. “Sumqayıt” hazırda yaxşı formadadır.

Səhv etmirəmsə, neçə turdur uduzmurlar. Odur ki, bizi maraqlı və gərgin oyun gözləyir”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?