COP29

"Molde"yə vurduğum qoldan sonra Qurban müəllim məndən soruşdu ki..."

4 Dekabr 2023 22:20 Qarabağ 13 742
"Molde"yə vurduğum qoldan sonra Qurban müəllim məndən soruşdu ki..."

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Sportinfo.az-a açıqlama verib.

O, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun "Molde" ilə səfər matçında (2:2) vurduğu vacib qoldan danışıb:

"Bəli, Norveçdə vurduğun qolu karyeranın ən vacib qolu hesab edə bilərik. Onsuz da çox qol vurmuram (gülür).

Amma istənilən halda, "Molde"yə vurduğum qolu karyeramın ən vacib qolu hesab etmək olar".

Təcrübəli futbolçu görüşdən sonra baş məşqçi Qurban Qurbanovla arasında olan söhbəti də bizə danışıb:

"Təbrik etdi. Sadəcə, epizodla bağlı müzakirəmiz oldu. Amma xüsusi bir şey olmadı. Müzakirəmiz də o idi ki, oyun dayandı və rəqibin oyunçuları etiraz edirdi.

Qurban müəllim də soruşurdu ki, nəyə etiraz edirlər, ofsayda yoxsa top ələ dəymişdi? Mən də dedim ki ,yəqin ofsayda etiraz edirdilər, çünki əlimə dəyməmişdi. Belə".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?