Xəbər verdiyimiz kimi, təmsilçimiz "Qarabağ" Norveç səfərindədir.
"Atlılar"ı bu gün burada yerli "Molde" ilə ağır matç gözləyir.
Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq oyun "Aker stadionu"nda keçiriləcək.
Qazanılacaq qələbə komandamızı tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə daşıyacaq
Adıçəkilən futbol meydançası 1998-ci ildə istifadəyə verilib.
Norveç dənizinin sahilində yerləşən futbol məbədinin tutumu 11249 nəfərdir.
Stadon süni örtüklü meydandan ibarətdir.
Norveçə ezam olunan əməkdaşımız "Molde"nin ev oyunlarını keçirdiyi meydanda olub.
XANOĞLAN / SPORTİNFO.AZ
Buradan çəkilmiş videonu sizə təqdim edirik: