COP29

"Qarabağ" Bakıda məşq edəcək, Qurban Qurbanov Norveçdə danışacaq

27 Noyabr 2023 17:20 Qarabağ 506
"Qarabağ" Bakıda məşq edəcək, Qurban Qurbanov Norveçdə danışacaq

"Qarabağ"ın Norveçdə "Molde"yə qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin V turunun oyunundan əvvəl son məşqi Bakıda baş tutacaq.

Sportinfo.az "köhlən atlar"ın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 28-də, saat 18:30-da "Azərsun Arena"da gerçəkləşəcək hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə təşkil olunacaq mətbuat konfransı Norveçdə reallaşacaq.

Noyabrın 29-na planlaşdırılan tədbir yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.

Noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.

İkinci yer uğrunda mübarizədə həlledici qarşılaşmadan öncə “Qarabağ” 2-ci, “Molde” isə 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?