COP29

“Qarabağ”ın kapitanı kənarda qalmasına aydınlıq gətirdi: “Bəzi səbəblər var”

1 Oktyabr 2023 23:20 Qarabağ 734
“Qarabağ”ın kapitanı kənarda qalmasına aydınlıq gətirdi: “Bəzi səbəblər var”

“Qarabağ”ın sabiq və indiki təcrübəli yerli futbolçuları üçün milli karyerasının başa çatdığını deyə bilərik.

Riçard Almeyda yığmadan getdiyini çoxdan açıqlayıb.

Qara Qarayevlə Canni de Byazinin ulduzu barışmadığından “2 nömrə” xeyli vaxtdır kənardadır. Son vaxtlar Maksim Medvedevlə Bədavi Hüseynova da gərək duyulmur.

Azərbaycan millisinin heyətində sonuncu dəfə ötən ilin iyununda forma şansı qazanan Maksim məsələ ilə bağlı Sportinfo.az-a açıqlamasında kənarda qalmasının kökündə şübhəli məqamların gizləndiyini bildirib:

“Yenidən millidə olub-olmayacağım bilinmir. Bunu zaman göstərəcək.

Bəzi səbəblərə görə son vaxtlar kənarda qalmışam. Açığı, bu barədə çox danışmaq istəmirəm.

Yığma karyerama nöqtə qoymağım üçün son dəfə meydana çıxıb, heç olmasa, 10-15 dəqiqə oynamağım lazımdır. Belimdə zədə var idi, bəlkə də çox adam buna görə adımın üstündən xətt çəkib.

Görünən budur ki, “Qarabağ”da mütəmadi oynamağa başlayıram. Milli ilə bağlı işlər görək necə olacaq. Dekabra kimi gözləyək”.

Maksim Medvedev 2009-cu ildən dəvət aldığı Azərbaycan millisində 80 oyunda vurduğu 4 qolla yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti