“Qarabağ”ın yeni transferi Junior Olavionun xanımı biznesini ölkəmizdə genişləndirmək qərarına gəlib.
Juninyonun Vivian adlı model həyat yoldaşı Bakıdakı şirkətlərlə işbirliyində maraqlıdır.
Cazibədar braziliyalı xanım “instagram” profilində “yeni mərhələ indi Azərbaycanda – Bakı” sözlərini yazaraq tanınmış şirkətlərə xidmətini təklif edib.
Qadının məqsədi reklam çarxlarına çəkilərək şəxsi biznesini inkişaf etdirməkdir. Juninyo bu məsələyə qarşı deyil, əksinə, ömür-gün yoldaşına lazım olan şəraiti yaratmağa hazırdır.
Vivian xidmətində maraqlı olanlar üçün “vatsap” nömrəsini də qeyd edib.
HƏBİB / SPORTİNFO.AZ