Qurban Qurbanovun “Qarabağ”ın baş məşqçi postunda çalışmasının 15 ili arxada qaldı.
Bu müddətdə böyük uğurlar qazanmış çalışdırıcıya sirr deyil ki, ölkə xaricindən bir neçə dəfə yaxşı təkliflər gəlib.
Amma hər dəfə müxtəlif səbəblərdən tanınmış mütəxəssis “Qarabağ”da qalmağı üstün tutub.
Maraqlıdır, günün birində Qurbanov “Qarabağ”dan ayrılsa, klub bu qərara nə dərəcədə hazırdı? Hər hansı B varinatı varmı?
Ağdamlıların prezidenti Tahir Gözəl media əhli ilə görüşündə bu suala səmimi cavab verib:
“Xeyir, hər hansı B planım yoxdur. Mən Qurban Qurbanovun gözlərinə baxa-baxa B planı qura bilmirəm.Qurban Qurbanovun belə bir günü olacağını görmürəm.
Digər tərəfdən inanmıram Qurban hoca nə zamansa desin ki, sabah gedirəm. O, hələ bizə çox lazımdır. Onun duruşu yetərlidir”.
XANOĞLAN / SPORTİNFO.AZ