COP29

Yeni “Qarabağ”lı: “Öz istəyimlə olsaydı, topu götürüb, irəli qaçardım”

23 Sentyabr 2023 00:50 Qarabağ 2 063
Yeni “Qarabağ”lı: “Öz istəyimlə olsaydı, topu götürüb, irəli qaçardım”

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsinin ilk turunun "Molde" ilə oyunu haqda sualları cavablandırıb.

- Yaxşı oyun alındı. Prinsipcə, matçda diqtə edən tərəf idik, qol epizodlarımız da çox idi. Əsas odur ki, qələbə qazandıq. Azarkeşlərə sevinc bəxş etdik.- Öz performansınızı necə dəyərləndirirsiz?

- Açığı, mənimlə bağlı epizod çox yox idi. Ümumi götürsək, normal alındı. Uzun müddət rəsmi matçlarda meydana çıxmamışdım. Fasilə yaranmışdı. Ümidvaram ki, oyundan-oyuna daha yaxşı olacaq.

- Səncə, daha çox qol vurmaq üçün nə çatmadı?

- Nəsə demək çətindir. Yəqin ki, hardasa konsentrasiya, hardasa tez qərar vermək çatışmadı. "Molde"nin qolkiperi də yaxşı oynadı. Bir neçə dəfə komandasını qoldan xilas etdi.

- "Molde"nin bu cür oynayacağını gözləyirdiz?

- Rəqibi yaxşı analiz etmişdik, necə oynadıqlarına baxmışdıq. Prinsipcə, təəccüblü heç nə yox idi. Bizim komanda yaxşı oynadı.

- Şahruddin Məhəmmədəliyev daha çox ötürmələrlə topu oyuna daxil edirdi. Amma sən topu irəliyə vurursan. Baş məşqçinin tapşırığı idi, yoxsa özün belə oynayırdın?

- Öz istəyimlə olsaydı, yəqin ki, topu götürüb, irəli qaçardım (gülür). Məşqçilər korpusunun tapşırığı idi.

- "Qarabağ"ın qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsən?

- Əgər bu cür intizamlı, peşəkarcasına oynasaq, şanslar yaxşıdır. Hər şey özümüzdən asılıdır.

Digər Xəbərlər
Xəbər Lenti