COP29

“Qarabağ”ın yeni transferinə nə olub?

13 İyul 2023 20:00 Qarabağ 6 480
“Qarabağ”ın yeni transferinə nə olub?

“Qarabağ” Çempionlar Liqasındakı mübarizəyə qələbəylə başladı.

Təmsilçimiz səfərdə Cəbəllütariqin son çempionu “Linkoln”u 2:1 hesabı ilə üstələyib, cavab oyunu öncəsi üstünlük qazandı.

Bu görüşdə çoxlarının marağına səbəb olan məqam yeni transferləri iş başında görmək, onların “Qarabağ”a nə dərəcədə faydalı olduqlarına nəzər yetirmək idi.

Hamidu Keyta ikinci yarının gedişində meydanda çıxsa da, müdafiə olunan rəqibə qarşı ciddi mənada heç nə ilə yadda qalmadı.

Juninyo isə, ümumiyyətlə, şans qazanmadı. Lap dəqiq desək, braziliyalı yarımmüdafiəçinin adı iştirak ərizəsinə salınmamışdı deyə, tribunada əyləşmişdi.

Halbuki, Juninyo iyunun 28-dən “köhlən atlar”ın məşqlərinə qoşulmuşdu. Geridə qalan iki həftəni futbolçunun komandaya nisbətən uyğunlaşması üçün yetərli zaman hesab edə bilərik.

Yəni, ən pis halda ehtiyat oyunçular skamyasında əyləşə bilərdi ki, fərqli mənzərəyə şahidlik etdik.

Düşünmək olardı ki, yeni transfer məşqlərin birində zədələnib. Ya da, sənədlərində hansısa problem yarandığından, meydana çıxması mümkün olmayıb.

Öyrəndik və məlum oldu ki, narahatlığa gərək yoxdur. 26 yaşlı futbolçunun fiziki durumu Qurban Qurbanovu tam razı salmadığından, təcrübəli mütəxəssis tələsmək istəməyib.

Futbolçusunu mümkün zədədən qoruyan Qurbanovun “Linkoln”la cavab oyununda Juninyonun adını iştirak ərizəsinə əlavə edəcəyi gözlənilir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti