COP29

“Qarabağ” haqda bütün sirlərin üstünü açdı, dəhşətli faktlarI göz önünə sərdi!

16 Fevral 2023 10:40 Qarabağ 1 396
“Qarabağ” haqda bütün sirlərin üstünü açdı, dəhşətli faktlarI göz önünə sərdi!

Fevralın 16-da “Qarabağ”ın qonağı olacaq “Gent” təmsilçimizlə oyunda uğurlu nəticəyə imza atmaq niyyətindədir.

Buna baxmayaraq, belçikalılar “köhlən atlar”dan ehtiyatlanır, uğurlu nəticə qazanmağın çətinliyini dərk edirlər.

“Gent”in rəsmi saytında “Qarabağ” haqqında ətraflı yazı yerləşdirilib ki, məqalədə klubun keçmişi, bu günü, eləcə də Qarabağ müharibəsi və Ağdam haqda maraqlı faktlar yer alıb.

Ən təəccüblüsü, belçikalıların oxucularına “Qarabağ” haqda kifayət qədər ətraflı məlumat çatdırmasıdır.

Yazının maraqlı hissələrini təqdim edirik:

“1950-ci ildə ölkənin qərbində yerləşən Ağdam şəhərində yaradılan klub ilk dəfə sovet liqasında çıxış edib. 1992-ci ildən Azərbaycan liqasında çıxış edən komanda 1993-cü ildə dərhal çempion olub.

Ağdam şəhəri 1993-cü ildə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ uğrunda uzun sürən müharibənin tərkib hissəsi olaraq erməni qoşunları tərəfindən zəbt edilib və tamamilə dağıdılıb. Ağdamdan yalnız xarabalıqlar qalmışdı ki, ora “Qafqazın Xirosiması” da adlandırılan boş bir xəyal şəhərinə çevrilmişdi.

Bununla belə, 2020-ci ildən etibarən şəhər yenidən Azərbaycanın nəzarətinə keçib və hazırda şəhərin və yol infrastrukturunun yenidən qurulması, o cümlədən çoxsaylı minaların çıxarılması üzərində iş gedir. “Qarabağ” buna görə də 1993-cü ildə Ağdamdan 340 km şərqə, Xəzər dənizinin sahilindəki Bakıya qaçdı. Lakin Dağlıq Qarabağla, xüsusən də tərəfdarlarla əlaqə güclü olaraq qalır. Məsələn, klubun rəsmi ünvanı hələ də Ağdamda göstərilir. Klub növbəti illərdən birində Ağdama qayıda biləcəyinə ümid edir.

Əsasən Ağdam rayonundan olan qaçqınlar ölkənin hər yerinə yayılıb. Uzun yol və bununla bağlı nəqliyyat xərcləri onları adi liqa oyunları üçün Bakıya getməkdən çəkindirir (buna görə də ev oyunlarına maraq azdır, say orta hesabla 2000-ə çatmır). Avropanın vacib ev matçlarına isə çox sayda adam gəlir – 30 mindən çox!

Maraqlı faktlar

Ən vacib rəqib: Şiddətli derbilərin getdiyi “Neftçi”.

Ləqəb: Atlılar, Qarabağ bölgəsinin simvolu olan Qarabağ atı.

Titullar: 1993-cü ildən bəri 9 çempionluq titulu və 7 ölkə kuboku.

Avropa arenaları: 1996-cı ildən bu yana 14 dəfə iştirak; 2014-cü ildən bəri hər dəfə Çempionlar Liqasının və ya Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Klubun sahibi: Abdulbari Gözal - Asiya və Avropanın müxtəlif ölkələrində, o cümlədən qida və neft sahəsində fəaliyyət göstərən “Intersun Holding”in son dərəcə zəngin baş direktoru. Bunun bir hissəsi Bakıda yerləşən və “Qarabağ”ın baş sponsoru “Azersun” qida şirkətidir.

Belçika klubları ilə qarşıdurmalar

2011-ci ildə “Qarabağ” doğma meydanda “Brügge”yə 1:0 hesabı ilə qalib gəlib, Brüggedə 4:1 hesabı ilə uduzub. 2015-ci ildə “Qarabağ” Bakıda “Anderlext”ə 1:0 hesabı ilə qalib gəlib, Brüsseldə 2:1 hesabı ilə məğlub olub.

2021-2022-ci illərdə "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində 2-ci yeri tutub, 1/16 finalda "Marsel"ə məğlub olub.

Baş məşqçiləri 2008-ci ildən bu yana Qurban Qurbanovdur. Futbolçu kimi Azərbaycan millisinin tarixində ən sərrast futbolçudur. Məşqçi kimi “Barselona”nın oyun üslubunun aşiqidir və 4-2-3-1 taktiki sxeminə üstünlük verir”.

Fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” görüşü saat 21:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti