COP29

“Neftçi” problemlər burulğanında – Regekampf başını itirib

12 Yanvar 2023 23:00 Qarabağ 1 203
“Neftçi” problemlər burulğanında – Regekampf başını itirib

“Neftçi”nin qış fasiləsindən nə dərəcədə fayda görəcəyi sual altındadır.

Yanvarın 4-dən Antalyada hazırlıq keçən “ağ-qaralar” kollektiv şəkildə cəmlənə bilmir.

Heyətdə zədəlilərin çoxluğu, komandaya yeni gələn və ayrılan futbolçuların olması baş məşqçi Laurentsiu Regekampfın planlarına təsir etməyə bilməz.

Komandanın vacib fiqurlarından olan Yusuf Lavalın karyerasını Portuqaliyada davam etdirəcəyi böyük ölçüdə dəqiqləşib.

Höccət Haqverdi isə yeni transferdir. Ab-havaya, yeni mühitə alışması, baş məşqçinin futbol fəlsəfəsini mənimsəməsi üçün müəyyən vaxta ehtiyacı var.

Digər problem zədəlilərin çoxluğu ilə bağlıdır. Hələ mövsümün ilk yarısında xəsarət alaraq müalicəyə start verən Eddi İsrafilovla Voislav Stankoviç toplanışın ilk günündən kollektivin yanında ola bilmədi.

Serbiyalı müdafiəçi yanvarın 9-da Antalyaya təşrif buyuraraq tədricən kollektiv çalışmalara start verib.

Eddi İsrafilov isə hələ də İspaniyadadır. Həkimlər müalicə prosedurunun 3-4 həftə davam edəcəyi bildirib. Bu isə, yığma üzvünün yaxın 2-3 gün ərzində “Neftçi”nin sıralarında olacağı deməkdir.

Təbii ki, ortaya başqa əngəl çıxmasa. Eddi kollektivə qoşulan kimi bir müddət fərdi çalışmalarla kifayətlənməli olacaq.

Ataa Caber də zədəli futbolçulardandır. İsrailli yarımmüdafiəçi ayağındakı ağrılardan əziyyət çəkir deyə, həkimlər ona bir müddət müalicə almağı, ağır məşqlərdən uzaq qalmağı tövsiyə edib.

Odur ki, “Vaşaş”la yoldaşlıq görüşündə adı iştirak ərizəsinə salınmamışdı. Hazırda tədricən kollektiv məşqlərdə iştirak etməklə formasını bərpa etməyə çalışır.

Ötən ilin son günlərində əməliyyat olunan Fərid Yusifli üçün yanvar ayı başlamamış qurtarıb. Gənc yarımmüdafiəçi fevralda fərdi məşqlərə başlayacaq.

Adlardan da göründüyü kimi, “Neftçi”nin yarımmüdafiə xəttində kifayət qədər ciddi itkilər var.

Regekampf məşq proseslərində və yoldaşlıq görüşlərində Eddi, Fərid, Caber kimi futbolçuların xidmətindən yararlana bilmir. Üstəlik, Laval da yol üstədir. Voislav zədədən qayıdıb, Höccət kollektivdə yenidir.

Bu qədər çatışmazlığın fonunda “Neftçi”nin yanvarın 26-da Premyer Liqanın 19-cu turu çərçivəsində “Sabah”la prinsipial qarşılaşmada necə təsir bağışlayacağı böyük maraq doğurur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 17:00 VAR, yoxsa YOX?
21 Noyabr 08:20 Cavid öz yerini tapdı