“Qarabağ”la oyun üçün – İki xoş, iki üzücü xəbər

27 Fevral 15:00 Qarabağ 1 186
“Qarabağ”la oyun üçün – İki xoş, iki üzücü xəbər

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşlərinə start verəcək.

“Səbail” Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın qonağı olacaq.

“Dənizçilər” matça ciddi itkilərlə çıxacaq. Əsas heyət üzvləri Mert Çelikıə Qorka Laruçça çempiona qarşı oynamayacaq.

“Araz-Naxçıvan”la oyunda zədələnən Mert fərdi məşqlərlə kifayətlənir, Qorka isə hələ də müalicə alır.

Əvəzində, Amir Bilali ilə Ayman Buali sıraya qayıdıb. Əməliyyatdan sonra uzun müddət komandadan ayrı düşən futbolçular kollektivlə birgə çalışır. Amirin meydana çıxmaq ehtimalı yüksəkdir, Ayman isə komanda məşqlərinə yeni qoşulub.

Komandalar arasındakı ilk oyun “Qarabağ”ın qələbəsi ilə yekunlaşmışdı – 1:0.

Fevralın 27-də keçiriləcək cavab qarşılaşmasının start fiti saat 16:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti