Sportinfo.az xəbər verir ki, UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"la oyunun bir dəqiqəlik sükutla başlaması ilə bağlı müraciətinə cavab verib.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə qol.az-a bildirib ki, qitənin futbol qurumu avrokubok görüşündə belə addım atılmasına icazə verməyib:
“Bizə UEFA-dan cavab gəldi ki, narahatlığınızı başa düşür, anlayışla qarşılayırıq. Lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik”.
"Qarabağ" Azərbaycan – Ermənistan sərhədində dünyasını dəyişən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya göndərilən müraciət etmişdi.
Bu gün keçiriləcək "Qarabağ" - "Nant" görüşü saat 20:45-də başlayacaq.