COP29

Andrey Kançelskis: “Qarabağ”da sistem, ağıl, “əl işi” mütləq öz sözünü deyir”

3 Avqust 2022 19:00 Qarabağ 667
Andrey Kançelskis: “Qarabağ”da sistem, ağıl, “əl işi” mütləq öz sözünü deyir”

“Şansları necə dəyərləndirirəm? Açığı, hər iki komandanın şansı var”.

Vaxtilə Rusiyanın ən ulduz hücumçusu sayılan Andrey Kançelskis Sportinfo.az-a açıqlamasında belə deyib.

“Qarabağ” bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxacaq.

“Köhlən atlar” Macarıstandan “Ferentsvaroş” ilə qarşılaşacaq.

Rusiyalı mütəxəssis Stanislav Çerçesovun baş məşqçisi olduğu komanda ilə görüşdə “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunun dolu tribunaları önündə mübarizə aparacaq.

Bu oyuna maraq çox böyükdür. “Qarabağ” ilk matçda qələbə qazanmaqla, cavab oyununa üstün durumda yollanmağa çalışacaq. Cavab matçı avqustun 9-da Budapeştdə olacaq.

Qurban Qurbanovun komandası bu mərhələyədək Çempionlar Liqasında Polşa “Lex”ini və İsveçrə “Sürix”ini mübarizədən kənarlaşdırıb.

Vaxtilə İngiltərədə “Mançester Yunayted”, “Everton”, “Mançester Siti” kimi klubların formasını geyinmiş forvard “Qarabağ” haqda yüksək fikirlər söyləyib:

“Amma söhbət təəccübləndirməkdən gedirsə, bu mənada “Qarabağ” diqqətimi çəkib. “Lex”lə “Sürix”i mübarizədən kənarlaşdırıb

“Ferenetsvaroş”a rəqib olmaq xoş təsadüf sayıla bilməz. Burada sistem, ağıl, “əl işi” mütləq öz sözünü deyir.

Görək, “Ferentsvaroş” nə göstərəcək, nə təklif edəcək. Bu gün üçün şanslar bərabərdir deyərdim.

Çerçesovlu “Ferentsvaroş”a azarkeşlik edəcəm? Mən əsasən vaxtilə oynadığım komandalara azarkeşlik edirəm.

“Qarabağ”la “Ferenetsvaroş”un heç birində oynamamışam. Ona görə də neytral mövqe tutacam. Amma hansının mərhələ adlayacağı mənə maraqlıdır.

Layiqli olan qalib gəlsin, futbolçular zədədən uzaq olsun. Ümid edək ki, baxımlı futbol izləyəcəyik”.

O, “Çerçesovun oynatdığı futboldan nə dərəcədə xəbərdarsız və Qarabağ” nədən ehtiyatlanmalıdır” sualını bu cür cavablandırıb:

“Açığı, onun çalışdırdığı komandaların oyunlarına baxmamışam. 5 il millidə işlədi, məşqçi bacarığını əsasən onda gördüm. Amma millini klubla eyni tutmaq doğru deyil.

Yığmaya ölkənin ən yaxşıları gəlir və baş məşqçi onlarla qısa müddətdə olur. Amma klubdakı iş başqadır.

Çerçesov məşqçi kimi Polşa və Macarıstan çempionu olub, ölkə kubokunu qazanıb. Deməli, iki yaxşı məşqçinin, çempion iki komandanın maraqlı oyunlarına baxacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…