COP29

“Qarabağ” - "Lüdoqorets”: Bu gün satışa çıxarılır, tələsin!

2 Avqust 01:20 Qarabağ 840
“Qarabağ” - "Lüdoqorets”: Bu gün satışa çıxarılır, tələsin!

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Lüdoqorets” (Bolqarıstan) oyununun biletləri avqustun 2-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lüdoqorets" matçı saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti