COP29

“Neftçi”li oynadı, “Qarabağ”lı qol ötürməsi verdi - Türkiyə ilə matçdan VİDEO+FOTO

01:00 Qarabağ 1 098
“Neftçi”li oynadı, “Qarabağ”lı qol ötürməsi verdi - Türkiyə ilə matçdan VİDEO+FOTO

“Qarabağ”ın legioneri Marko Yankoviç və “Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç Monteneqro millisində növbəti oyuna çıxıblar.

Sportinfo.az xəbər verir ki, Millətlər Liqasının sonuncu - 6-cı turunun oyununda onların komandası Türkiyə millisini qəbul edib.

Marko Yankoviç kapitan kimi əsas heyətdə yer alıb və sonadək meydanda olub. O, 22-ci dəqiqədə sarı vərəqə alıb.

Monteneqronun 3:1 hesablı qələbəsi ilə yekunlaşan görüşdə Yankoviç 2-ci qolun ötürməsini verib.

Edvin Kuça gəlincə, 31 yaşlı futbolçu ehtiyat oyunçular sırasında yer alıb. O, 69-cu dəqiqədə Milan Vukotiçin əvəzinə meydana daxil olub.

Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi Monteneqro millisi üçün bu, qrupda ilk qələbə və ilk xallar olub.

Onlar qrupu sonuncu yerdə tamamlamaqla C liqasına düşüblər. Türkiyə isə yarışı 11 xalla 2-ci yerdə başa vurub. Bu qrupdan A liqasına 12 xal yığan Uels yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!