"Qarabağ" Kaşuk və İsayev transferlərində bunun üzüntüsünü yaşayır".
Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Ağdam klubunun son transfer çalışmalarından yanıldığını bildirib.
Tanınmış teleşərhçinin dediyinə görə, "Sabah"ın sabiq yarımmüdafiəçiləri "köhlən atlar"ı gücləndirmək iqtidarında deyil:
"Onlar yalnız ölkə çempionatında özlərini göstərə bilirlər. Çünki Premyer Liqanın səviyyəsi yüksək deyil.
Avrokuboklarda görürük ki, futbolçular necə sürətlə hərəkət edir, qərarları necə tez verirlər. Premyer Liqanın səviyyəsi artmalıdır ki, belə futbolçular da "Qarabağ"a xeyir versin".
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN