«Qarabağ» 1 günlük aradan sonra Premyer Liqada liderlik mövqeyini geri qaytardı.
Bayılda «Səbail»ə 3 cavabsız qol vuraraq, onlardan gözləniləni etdilər.
Qurban Qurbanov artıq dəyişim yolu seçib. O, spesifik «Qarabağ» futbolu anlayışına düzəliş verməyə, yenilik gətirməyə başlayıb.
Fikrində qərarlıdır. Prosesi sakit aparır.
Keçidin orbitində iki Aleksey dayanır. Biri Kaşuk, biri də İsayev.
Qurbanov onlardan yararlanmaqla, həmişəkindən fərqli «Qarabağ» modeli üzərində işləyər. Bunu B variantı da adlandıra bilərik.
İsayevlə Kaşuk «Sabah»da fenomen sayılırdı. Murad Musayev burada çalışdığı müddətdə onların köməyi ilə əla, başqalarına bənzəməyən komanda qurmuşdu.
Qurban Qurbanov həmkarının praktikasından bəhrələnməklə, ikinci stili «Qarabağ»a aşılamaqdadır.
Əlbəttə, öyrənmək və təcrübədən faydalanmaq heç vaxt gec deyil, həmişə gərəklidir.
Uzun və dioqonal ötürmələr Kaşukun çörəyidir. Ukraynalı önündə boş zona görəndə özünü suada balıq kimi hiss edir.
Sürəti və texnikası işinə çrx yarayır.
Kaşuk artıq yeni komandasında qollar vurur və forma yığdıqca, bundan da yaxşı olacaq.
MUSA