“Qarabağ”ın hücumçusu Redon Cica saytımızın həftələr öncə yaydığı xəbəri təsdiqləyib.
Albaniyalı legioner ölkəsinin mətbuatına verdiyi açıqlamada Azərbaycanı yanvarda tərk edə biləcəyini söyləyib.
Sitat: “Mənim, onsuz da, “Qarabağ”da oynamaq vaxtım az olur. Əgər yanvarda getmək istəsəm, mən bir neçə variant içində ən yaxşısı üzərində dayanacam”.
Redon Cica 2023-cü ilin yanvarında “Tirana”dan “Qarabağ”a keçib.
O, Ağdam klubunda bütün turnirlərdə ümumən 61 oyun keçirib, 11 qol vurub və 5 qolun ötürməsini edib. Albanın Azərbaycan təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.
Burada əsas heyətə düşməyə çətinlik çəkən forvard, əslində, 6-7 ay öncə getmək qərarını qətiləşdirib. Cica bu niyyəti barədə rəhbərliyi xəbərdar edib.
Daim oynayacağı yerə getmək istəyən hücumçu müqaviləsini qarşılıqlı razılıq əsasında pozmağa hazırdır.
Bundan ötrü alacaqlarının bir hissəsindən imtina edəcəkmi? Bəli, o, bu şərtə də soyuq yanaşmır.
SPORTİNFO.AZ