"Qarabağ" mövsümün qalan hissəsi üçün hazırlığa start verib.
Sportinfo.az xəbər verir ki, komanda “Azersun Arena”dakı təlim-məşq bazasında ilin ilk məşqinə çıxıb.
"Qarabağ" Bakıdakı toplanış çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi yanvarın 9-da “Kəpəz”lə, üç gün sonra isə “Zirə” ilə üz-üzə gələcək.