"Qarabağ" avrokuboklarda bunun əziyyətini çəkir".
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Ağdam təmsilçisinin Avropa Liqasının Liqa mərhələsinin ilk 3 turunda məğlubiyyətinin səbəbləri barədə danışıb.
Bildirib ki, Premyer Liqanın səviyyəsi «köhlən atlar»ın qitə arenasında uğurlu nəticələr qazanmasına əngəl törədir.
Tanınmış teleşərhçi qeyd edib ki, çempionatın ümumi mənzərəsi Qurban Qurbanovun təsvir elədiyi kimidir: temp aşağıdır.
Ekspert vurğulayıb ki, Premyer Liqada bir ayaqla oynayan və qələbə qazanan «Qarabağ»ın futbolçuları Avropada o sürətə dözməyə, rəqiblərlə ayaqlaşmağa çətinlik çəkir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN