COP29

“Onu hamının döyə biləcəyi cılız oğlan adlandırmaq olmaz”

25 İyul 09:20 Qarabağ 4 369
“Onu hamının döyə biləcəyi cılız oğlan adlandırmaq olmaz”

Rusiyanın nüfuzlu "Sport-ekspress" qəzeti Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" (Azərbaycan) oyunundan (0:2) yazıb.

Jurnalist Andrey Kuziçev yazısında qeyd edib ki, parlaq keçən ötən Avropa mövsümündən sonra “Qarabağ” Cəbəllütariqdə qələbə qazanmağa borclu idi.

"Digər tərəfdən, "Linkoln"u hamının döyə biləcəyi cılız oğlan da adlandırmaq olmazdı. Çünki bir il əvvəl bu komanda sensasiyalı şəkildə Konfrans Liqasının qrup mərhələsinə düşmüşdü.

Təsadüfi deyil ki, Qurban Qurbanov cəbəllütariqlilərin nəticə üçün oynamaq bacarığını qeyd etdi, onları güclü komanda adlandırdı və “Bizim üçün asan olmayacaq” söylədi.

Prinsipcə, “Qarabağ”ı uzun müddətdir çalışdıran baş məşqçinin bütün şərhləri matçın ssenarisində öz əksini tapdı. Yalnız birinci hissəyə əlavə olunmuş vaxtda,

Benzianın ötürməsindən sonra Juninyonun sinəsi ilə saxlayıb vurduğu top qapıdan keçdi" - deyə yazı müəllifi bildirir.

O, həmçinin yazıb ki, əslində bu, "Linkoln"un müdafiə xəttinin yeganə uğursuzluğu idi:

"Bir də yalnız Bayramovun uzaq məsafədən mükəmməl zərbəsi sayəsində top rəqibin qapısına daxil oldu. “Qarabağ” artıq bir ayaqla növbəti mərhələdədir.

Matçın sonlarında isə Qurbanov qeyri-adi addım atdı. O, eyni anda beş əvəzetmənin hamısından istifadə etdi.

Bu, komandanın təzyiqinə əlavə təravət və güc qatdı (üçüncü qol olmasa belə). Amma iki qol da Bakıdakı cavab matçı öncəsi ciddi ehtiyatdır".

"Qarabağ" - "Linkoln" oyunu iyulun 30-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?