COP29

"Qarabağ" 11-12 milyon avro qazanc əldə etsə..." - VİDEO

4 Sentyabr 17:00 Qarabağ 1 981
"Qarabağ" 11-12 milyon avro qazanc əldə etsə..." - VİDEO

«Futbol elə bir səviyyəyə çatıb ki, gündən-günə dəyişir və inkişaf edir.

Burada səhiyyə və elmin rolu artıb, çünki böyük pullar dövr edir bu oyunda».

Sözügedən açıqlama futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində dünyanın böyük klublarının büdcəsinin artıq milyard dollara çatdığını bildirib.

Qeyd edib ki, pul çoxaldıqca, imkanlar da genişlənir.

Müsahib deyib ki, «Qarabağ» qitənin nəhəngləri ilə ayaqlaşmağa çalışır, amma bu yolda çətinlikləri çoxdur.

Avropa Liqasının yeni formatının əlverişli olduğunu söyləyən ekspert ümidlidir ki, Azərbaycan çempionu özünü göstərə bilər.

Abbasov «köhlən atlar»ın nəticələrdən asılı olaraq böyük pullar qazanmaq şansı yaxaladığını vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti