Dekabrın 14-də komanda.az-ın sorğusunda ilin məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçirilib.
Sportinfo.az xəbər verir ki, tədbirdə ölkənin idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.
Qurban Qurbanova mükafatı Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.
Qurban Qurbanov 14-cü dəfə ilin ən yaxşı məşqçisi seçilib.