COP29

"Qarabağ" ardıcıl 11-ci dəfə qrup mərhələsində!

31 İyul 01:10 Qarabağ 1 114
"Qarabağ" ardıcıl 11-ci dəfə qrup mərhələsində!

"Qarabağ" bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə 2:0 hesabı ilə üstələdiyi "Linkoln"u (Cəbəllütariq) Bakıda 5 cavabsız qolla məğlub etməklə buna nail olub.

Qurban Quranovun komandası bununla da ən azı Konfrans Liqasının qrup mərhələsini təmin edib.

"Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsində uduzsa, mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək. Bu mərhələdə mübarizəni dayandıracağı təqdirsə isə Konfrans Liqasının qrup mərhələsində çıxış edəcək.

Təbii ki, bunlar ən pis halda baş verəcək nəticələrdir. Komandanın hədəfi isə ən azı Çempionlar Liqasının qrupudur.

Hazırkı durumda isə "Qarabağ" ardıcıl 11-ci mövsümdür ki, avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanır.

Digər Xəbərlər
Xəbər Lenti