COP29

“Qarabağ”ın prezidenti elə bir İDDİALI AÇIQLAMA verdi ki…

26 Noyabr 16:20 Qarabağ 1 186
“Qarabağ”ın prezidenti elə bir İDDİALI AÇIQLAMA verdi ki…

"Komandamız meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

Avropa Liqasının Liqa mərhələsində qarşılaşacaqları "Lion" (Fransa) ilə oyundan öncə komandanın mətbuat xidmətinə danışan klub rəhbəri qələbə qazanmaq istədiklərini bildirib:

“Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək. Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq.

Ötən tur “Budyo Qlimt”ə (Norveç) qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq. Futbolçularımız Norveçdə olduğu kimi yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücüylə mübarizə aparacaq".

T.Gözəl qarşılaşmanı stadiondan canlı izləyə bilməyəcəyini söyləyib:

"Təəssüf ki, təxirəsalınmaz işlərlə əlaqədar bu həyəcanı komandamla, azarkeşlərimizlə birlikdə yaşaya bilməyəcəyəm. İşgüzar səfərdə olacağım üçün qarşılaşmanı stadiondan izləyə bilməyəcəm.

Amma ürəyim hər zaman olduğu kimi “Qarabağ”la birgə olacaq. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, bütün komandaya inanıram.

Onların sonadək meydanda döyüşəcəklərinə əminəm. Komandama bu vacib qarşılaşmada uğurlar arzulayıram.

İnanıram ki, azarkeşlərimiz Tofiq Bəhramov adına Respublika stadionunu dolduracaq və arenadan sevinclə ayrılacaqlar. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir.

Qarşıda dörd oyunumuz var. Bunlardan birincisi “Lion”a qarşı olacaq.

İnanıram ki, bu turda da qələbə qazanıb növbəti mərhələyə adlamaq üçün daha bir addım atacağıq”.

Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 20:00 Futbol, yoxsa əyləncə?
26 Noyabr 08:50 "Qrupumuzda zəif yoxdur"
26 Noyabr 08:20 "Zirə"dən 6-cı uğur
26 Noyabr 02:30 Uşaq gözləyirlər - FOTO
26 Noyabr 01:50 Azərbaycanda 250-ci...