“Ailəm, oğlum, doğmalarım, dostlarım üçün çox darıxmışam”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade deyib.
Kapo-Verde yığmasının formasını geyinən orta sahə oyunçusu istirahət dönəmi ilə bağlı planını bəlli edib:
“Birbaşa Portuqaliyaya uçub, elə orada qalacam. 11-12 günlük müddəti yaxınlarımla keçirmək niyyətindəyəm.
İndiki vəziyyətdə bundan gözəl istirahət ola bilməz. Daha sonra Bakıya qayıdıb, mövsümün ikinci hissəsinə hazırlaşacağıq”.