"Qarabağ" Olavio Juninyo üçün "Flamenqo"nun ilk təklifini rədd edib.
Bu barədə yerli "Terra" nəşri məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında danışıqlar davam edir və A Seriyası təmsilçisinin 28 yaşlı hücumçu üçün daha bir müraciəti olacaq.
Azərbaycan çempionunun bu keçidə görə təxminən 6 milyon avro istədiyi yazılıb. Hazırda "Flamenqo" bu məbləği azaltmağa çalışır.
Xəbərdə qeyd olunub ki, "qırmızı-qaralar" oyunçunu 4 milyon avroya transfer etmək istəyib.
2023-cü ildən "Qarabağ"ın formasını geyinən braziliyalı ilə bağlı son xəbər hansı dərəcədə doğrudur?
Azərbaycan çempionatının və kubokunun qalibi olan «sambaçı»nın özü məhz ölkəsinə qayıtmaq fikrindədir.
O, bu istəyini klub funksionerləri ilə söhbətində də bildirib. Cənubi amerikalı forvard Felipe Luisin təklifinin ona daha cəlbedici gəldiyini söyləyib.
"Flamenqo" Ağdam təmsilçisinə 4 yox, 5 milyon avro təzminat ödəməyə hazırdır. Sadəcə, tərəflər müqavilənin digər bəndləri ilə əlaqəli ortaq məxrəcə gəlməyə çətinlik çəkir.
Məsələn, "Qarabağ" Juninyonun sonrakı satışından 20 faiz pay tələb edib.
Həmçinin "Flamenqo" Braziliya çempionu olarsa və Libertadares Kubokunu qazanarsa, "köhlən ailar"a müəyyən bir məbləğ ödəməlidir.
SPORTİNFO.AZ