“Qarabağ”ın hücumçusu Redon Cicaya yeni təklif gəlib.
Albaniyalı bu dəfə Cənubi Kiprdən dəvət alıb.
Ölkənin aparıcı klublarından birinin rəhbərliyi onunla əlaqə saxlayıb və mümkün transfer barədə danışıb. O da öz növbəsində Atdam təmsilçisinin nümayəndələrini məlumatlandırıb.
26 yaşlı forvard 2023-cü il yanvarın 24-də “Tirana“dan “Qarabağ”a keçib. 2026-cı il iyunun 30-na qədər bu kluba məxsusdur.
Azərbaycan çempionu Cica ilə vidalaşmağa hazırdır. Amma qısamüddətli yox.
“Kbhlən atlar“ onu birdəfəlik satmaq və vəsait əldə etmək fikrindədir. İcarəyə verilməsi planlaşdırılmır.
SPORTİNFO.AZ