COP29

Zubir “Sportinfo”ya danışdı, arzusunu açıqladı: “Narahatlığa gərək yoxdur”

3 İyul 16:40 Qarabağ 3 235
Zubir “Sportinfo”ya danışdı, arzusunu açıqladı: “Narahatlığa gərək yoxdur”

“Qarabağ” əsas fiqurlarından birini komandada saxlamağı bacardı.

Klubla müqaviləsinin müddəti ötən ay başa çatan Abdullah Zubir “köhlən atlar”ın formasını geyinməkdə davam edəcək.

Fransa və Səudiyyə Ərəbistanı klublarından cəlbedici təkliflər alan fransalı “10 nömrə” qarşıdakı 3 ildə çempionun şərəfini qoruyacaq.

Vinger Sportinfo.az-a açıqlamasında “Qarabağ”da qaldığına görə məmnunluğunu bildirib:

“Qarabağ”la müqaviləni uzatdığıma görə xoşbəxtəm. 2018-ci ildən geyindiyim formanı daha 3 il əynimdə daşımaqla bacardığımın ən yaxşısını etməyə çalışacam.

Bundan sonra məqsədim dəyişməz qalacaq - yeni uğurlara imza atıb azarkeşlərimizi sevindirmək”.

Danışıqlar prosesi uzandığı üçün Zubir Bakıdakı hazırlığın ilk 10 günündə iştirak edə bilməmişdi. Səbəbkar buna görə narahat deyil:

“İstirahətdə olanda belə, fiziki hazırlıq üzrə məşqçilərimiz bizə məşq proqramını göndərir.

Fasilə dönəmində verilən tapşırıqları yerinə yetirmişəm. Ona görə də narahatlığa gərək yoxdur.

Bakıya qayıdandan sonra 1-2 gün fərdi məşq edib, kollektiv çalışmalara başladım. Fiziki vəziyyətimin qaydasında olduğunu deməliyəm”.

Fransalı vinger “Qarabağ”ın şərəfini qoruduğu son 6 ildə 263 oyunda 61 qol, 73 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti