COP29

“Qarabağ”ın kapitanı bundan sonra harada işləyəcək?

3 İyul 14:00 Qarabağ 1 361
“Qarabağ”ın kapitanı bundan sonra harada işləyəcək?

Mövsümün sonunda karyerasını başa vuran Maksim Medvedevin karyerasına hansı sahədə davam etdirəcəyinə yaxın günlərdə aydınlıq gələcək.

“Qarabağ” keçmiş kapitanına yeni iş tapşırmaq niyyətindədir. Bu barədə Ağdam klubundan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, 34 yaşlı sabiq müdafiəçi ilə bu yöndə müzakirələr etməkdədir.

Böyük ehtimalla, o, akademiyada məşqçi olaraq fəaliyyət göstərəcək. Hansı komandada çalışacağını isə Medvedev özü seçəcək.

Yayılan xəbərlərə görə, Maksim U-14 komandasında köməkçi-məşqçi olacaq. Belə ki, millinin sabiq üzvü U-14-də baş məşqçi Samir Musayevə yardım edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti