Azərbaycanda uzun illər oynamış bolqarıstanlı futbolçulardan olmuş Petar Zlatinov sportal.az-a açıqlama verib.
Sportinfo.az xəbər verir ki, hazırda ÇSKA-da(Sofiya) məşqçi çalışan bolqar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Ludoqorets”lə görüşü haqda fikirlərini bildirib:
"İlk oyunda hesab “Ludoqorets”in xeyrinə yekunlaşdı. Amma hələ qarşıda cavab görüşü var.
Futbolda hər şey baş verə bilər. Ona görə də ilk oyundakı məğlubiyyətə baxmayaraq, “Qarabağ”ın pley-off mərhələsinə adlamaq şansı qalıb.
Ancaq bu asan olmayacaq. Çünki “Ludoqorets” evdə oynayacaq. Necə olacağını görəcəyik".
Zlatinov 2008-2013-cü illərdə “İnter”in formasını geyinib.