COP29

“Qarabağ”da yeni ad, 3 illik müqavilə

10 İyun 11:40 Qarabağ 5 737
“Qarabağ”da yeni ad, 3 illik müqavilə

Çempionlar Liqasında qüvvəsini sınayacaq

“Qarabağ” tranfser bazarında hərəkətə gəlib. Ölkə çempionu yayın ilk çalışmasını bitirib.

Bir neçə gün öncə Andrey Lunyovla vidalaşan Ağdam klubu “Vizela”dan Fabiyan Buntiçlə anlaşıb.

27 yaşlı qapıçı dünən gecə saatlarında Bakıya gəlib.

Xorvatiyalı Buntiçin ikili vətəndaşlığı var. O, Almaniya pasportunu da cibində daşıyıp. “Ştutqart”da yetişən (2013) kiper U-19 komandasına kimi yüksəlib,

2016-cı ildə “İnqolştadt”a keçib. Aşağı dəstə klubunda 6 il forma geyinən Fabiyan 2022-ci ildə “Vizela”ya yollanıb.

Portuqaliyada keçirdiyi son mövsümdə bütün turnirlərdə 32 matçda 62 top buraxan Buntiç Xorvatiyanın U-18 və U-19 millilərində çıxış edib.

O, bu gün tibbi baxışdan keçəcək və səhhətində bir problem aşkarlanmasa, ”Qarabağ”la 3 illik müqavilə imzalayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?