COP29

“Qarabağ”la “Lion”un fərqi – Dəhşətli faktlar üzə çıxdı

30 Noyabr 20:00 Qarabağ 2 904
“Qarabağ”la “Lion”un fərqi – Dəhşətli faktlar üzə çıxdı

İndi hamını bir sual düşündürür.

Bu oyunu necə uduzmaq olardı?

“Qarabağ” Fransa “Lion”u ilə Bakıdakı qarşılaşmada qələbəni haqq etdiyi halda, məğlubiyyətlə üzləşdi.

Ələ düşən saysız qol imkanlarını boşa verən ağdamlıların bir topu dirəkdən, digəri tirdən qayıtdı. Juninyo isə avrokubok tələblərinə cavab verə bilmədiyini növbəti dəfə göstərdi.

Oyunun statistik rəqəmlərinə baxanda adam dəhşətə gəlir. “Qarabağ” bir çox komponentlərdə rəqibini üstələməsinə baxmayaraq, yekunda 1:4 hesablı yenilgiyə üzüldü.

“Lion”luların “çərçivə”yə ünvanladığı 10 zərbədən 4-ü dəqiq olub. Yeganə qolun penaltidən vurulduğunu nəzərə alsaq, “Qarabağ” 4 vuruşdan heç birində istəyinə çata bilməyib.

Topa sahibolma faizi, qapı istiqamətinə zərbələrin və künc zərbələrinin sayında “köhlən atlar” rəqibindən üstün olub.

17 Qapı istiqamətinə zərbə 16

4 “Çərçivə”yə zərbə 10

57 Topa sahibolma 43

484 Ötürmə 378

82% Ötürmə dəqiqliyi 78%

8 Qayda pozuntusu 15

0 Sarı vərəqə 2

3 Ofsayd 2

5 Künc zərbəsi 3

Bu cür göstəricilərlə “Qarabağ”ın öz qapısından 4 top buraxaraq böyük hesabla uduzması iki komanda arasındakı səviyyə fərqini göstərir.

Əsas fərq isə budur – biz qol vura bilmirik, onlar bunu yaxşı bacarır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi