COP29

“Qarabağ”lılar – Kim, harada, kiminlə dincəlir?

1 Yanvar 19:25 Qarabağ 2 635
“Qarabağ”lılar – Kim, harada, kiminlə dincəlir?

Çempionatda yaranmış fasilə “Qarabağ”ın futbolçuları üçün göydəndüşmə olub.

İlboyu sıx qrafikdə oynayan, normal istirahət etmək imkanını 12 ayda cəmi 2 dəfə yaxalayan top ustaları yaranmış fasilədən maksimum yararlanmağa çalışır.

Bəziləri bayram günlərini vətənində, doğmalarının və əzizlərinin əhatəsində qeyd edir, bir çoxu isə yorğunluğu xarici ölkələrdə çıxarmağa çalışır.

Almaniyada doğulan əslən xorvat Fabiyan Buntiç Birləşmiş Ərəb Əmirliklərindədir (BƏƏ). Təcrübəli qapıçı Dubayın ləzzətini çıxarır, illərdir tanıdığı dostları ilə görüşür.

Riçard Almeyda həmişə olduğu kimi, bu dəfə də yolunu BƏƏ-yə salıb. Əslən braziliyalı anası, həyat yoldaşı və qızları ilə birlikdə isti ölkədə dincəlir.

Toral Bayramov həyat yoldaşı və qızı ilə birlikdə Moskvaya səfər edərək, 2-3 günlük istirahətdən sonra Bakıya qayıdıb. Həyat yoldaşının doğum gününü paytaxtdakı restoranların birində qeyd ediblər.

Hər nə qədər qəribə görünsə də, Mateus Silva Braziliyaya yollanmağı məqsədəuyğun saymayıb. O, yorğunluğunu “Zirə”nin qapıçısı Tyaqo Silva ilə birlikdə Bakıda çıxarır.

Marko Veşoviç uzaq Danimarkaya səfər edib. Bir çox ölkələri gəzmiş monteneqrolu müdafiəçi xanımı və iki qızı ilə bərabər Kopenhagendə ilk dəfə turist həyatı yaşayıb.

“Qarabağ”da fasilə müddəti yanvarın 2-nə qədərdir. Bir gün sonra komanda üzvləri “Azersun Arena”dakı təlim-məşq bazasında bir araya gələcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 02:50 "Neftçi"dən bir XƏBƏR