"Qarabağ" Patrik Andradeni Azərbaycanda saxlamaq istəyir.
Ağdam təmsilçisi kabo-verdeli legionerinə 2 illik yeni kontrakt təklif edib.
31 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
Afrikalı ilk dəfə bura 2020-ci ilin avqustunda gəlib. "Çernoe More"dən (Bolqarıstan) 150 min avro qarşılığında transfer olunan orta sahə oyunçusu 2 il sonra Serbiyaya üz tutub.
2023-cü il iyulun 15-də “Partizan”dan geri qayıdan Andrade «Qarabağ»ın yeni təklifini sevincək qarşılayıb.
Tərəflər artıq müqavilə şərtlərini razılaşdırmaq üzrədir. Son anda başqa problem ortaya çıxmasa, sözləşmə 2027-ci ilin yayınadək uzadılacaq.
SPORTİNFO.AZ