"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 12-ci turunda "Turan Tovuz"la matçda (0:0) zədələnən Leandro Andradenin durumu haqda danışıb.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi görüşün 25-ci dəqiqəsində sıradan çıxıb.
O, 36-cı dəqiqədə Emmanuel Addai ilə əvəzlənib.
Q.Qurbanov açıqlamasında bildirib ki, Leandronun zədəsinin ciddi olmadığını düşünür:
"Belində ağrı hiss etdi. Ona görə də meydandan çıxdı. Sərt mübarizə oldu. Məncə, elə böyük problem olmaz".