"Zubir çoxdandır ki, bu səviyyədə oynamamışdı".
Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan “Futbolumuz” velişində “Qarabağ”ın Norveç səfərdindən danışıb.
Tanınmış telejurnalist Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini “Bode Qlimt” üzərində qazanan “köhlan atlar”ın bunu təsadüfən əldə etmədiyini bildirib.
Abbasov 2:1 hesablı uğurlu nəticədə Abdullah Zubirin rolunu xüsusi qabardıb. Fransalı vingerin qalibiyyəti gətirən qoldan savayı, faydalı iş əmsalının yüksək olmasını vurğulayıb.
Həmçinin Emmanuel Addai ilə Aleksey Kaşukun hələ də “Qarabağ”ın stilinə uyğunlaşmaqda çətinlik çəkdiyini qeyd edib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN