
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 31-turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda danışıb.
Sportinfo.az xəbər verir ki, o, 3:0 hesablı qələbəni belə şərh edib:
“Azarkeşlərə təşəkkür etmək istəyirəm. Meydançada tam başqa bir atmosfer var idi. Həm mənim üçün, həm də futbolçular üçün çox xoş oldu. Azarkeşsiz futbol çox zəif görünür. Onları hər oyun gözləyirik. Azarkeşlər olmasa, düşünürəm ki, bu gün bu qədər maraqlı oyun olmazdı. Futbolçularım yaxşı çıxış etdilər. Dinamikanı saxlaya bildilər. “Neftçi” də bir neçə yaxşı qol epizodu yaratdı, bu da onların gücünü göstərir. “Neftçi”yə və Samirə uğurlar arzu edirəm. Onun üçün də təbii ki, asan deyil.
“Səbail”lə oyunda da fikirlərimi bildirmişəm. 8 gün komandanı yaxşı bərpa etməyə vaxtımız oldu və bundan yararlana bildik. Ola bilsin ki, bir az narahatlıq var idi. Lakin onlar sürəti saxlaya bildilər və biz bunu maksimum dərəcədə yaxşılaşdırmalıyıq.
Kevin Medina dörd oyundur ki, oynamır, lakin bu, o demək deyil ki, ondan razı deyiləm. Onun üçün əksinə, daha çox şans yaratmaq istəyirəm.
Nərimandan tam razı deyiləm. Bu haqda diskursiyalarımız olur ki, daha yaxşı olmalıdır. Daha çox çalışsa, daha çox şey edə bilər.
“Tottenhem”i çox bəyənirəm və onların özünəxas oyun tərzləri var. Diqqətimi çəkdilər. Hətta imkan olsaydı, o kluba tərcübəyə də gedərdim”.