COP29

Bu transfer üçün yenidən “Qarabağ”ın qapısını döyəcəklər

00:40 Qarabağ 922
Bu transfer üçün yenidən “Qarabağ”ın qapısını döyəcəklər

“Qarabağ”ın futbolçusu Leandro Andrade Ağdam klubunun keçmiş oyunçusu Kadi Borgesin yolu ilə gedə bilər.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin Rusiya Premyer Liqasında çıxış etmək ehtimalı böyükdür.

24 yaşlı hücumameyilli oyunçunun hüquqlarını təmsil edən “FIA Football” agentliyi bununla bağlı bəyanat yayıb. Bildirilib ki, Leandro Rusiya komandalarının diqqət mərkəzindədir.

Hətta yay fasiləsində “Lokomotiv” və “Dinamo”dan rəsmi təklif də edilib. Lakin Andrade Azərbaycanda qalmağı üstün tutub.

Rusiyada “transfer pənrəcəsi” bağlandığından, adıçəkilən klublar qış transfer dönəmini gözləməli olacaqlar. Moskva təmsilçiləri Andradenin keçidi üçün yenidən “Qarabağ”ın qapısını döyəcəklər.

“Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədər olan Leandro Andrade kimi Kadi Borges də Rusiyadan dəvət almış və yekunda “Krasnodar”a satılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 17:20 Berdiyevin "gizli silahı"
19 Sentyabr 16:10 Bu Oyunda Favorit Sənsən!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 11:00 Gerisayım başladı, tələs!
19 Sentyabr 05:00 "Sumqayıt" 3 transfer etdi
19 Sentyabr 02:50 "Quba"ya yenə gələn var