Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin Albaniya komandası barədə səsləndirdiyi fikirlər yerli publikanın xoşuna gəlməyib.
Sportinfo.az "Panoramasport" nəşrinə istinadən xəbər verir ki, albaniyalı azarkeşlər italiyalı mütəxəssisin açıqlamasını təəccüblə qarşılayıblar.
63 yaşlı baş məşqçi mətbuat konfransında "Futbolçulara anlatdım ki, mən onlardan daha zəif heyətlə Avropa çempionatının final məhələsinə vəsiqə qazanmışam" deyib.
Albaniyalı tərəfdarların De Byazinin fikirlərinə reaksiyası birmənalı olmayıb. Canni De Byazi 2011 - 2017-ci illərdə Albaniya millisinə başçılıq edib.