Azərbaycan millisinin sabiq hücumçusu Zaur Ramazanov açıqlama verib.
Sportinfo.az xəbər verir ki, veteran futbolçu yığmanın Sloveniyaya qarşı yoxlama oyunundan (0:0), ümumiyyətlə, millinin hazırkı durumundan danışıb:
"Dünənki oyuna baxdım. Ümumiyyətlə, millininin əvvəlki matçlarını da izləmişəm. Mənə elə gəlir ki, De Byazi də hələ istənilən heyəti qura bilməyib.
Yalnız Kiprə qarşı matçları istisna etmək olar. Bu da əsasən ona görədi ki, Kipr millisində böyük dəyişikliklər gedir və komanda xeyli zəifləyib. Digər matçlar göstərdi ki, yenə Millətlər Liqasında yaxşı nəticə olmayacaq.
Dünənki görüşdə, baş məşqçi eksperimentlər apardı. Hər halda yoldaşlıq oyunu idi, nəticə vacib deyildi. Ona görə də gəlin, tələsməyək. Qarşıda hələ iki oyun var - Monteneqro və Lüksemburqa qarşı.
Bu komandalar qrupun qalibi olmaq uğrunda mübarizə aparır. Ona görə də Azərbaycanla oyunda xal itirmək istəməyəcəklər. Düşünürəm ki, qrupu maksimum 3-cü yerdə başa vura bilərik. Bu da yaxşı nəticə deyil.
Tələsməyək, Millətlər Liqası oyunlarının başa çatmasını gözləyək. Ondan sonra mən sizə milliyə futbolçuların necə cəlb olunması barədə müsahibə verəcəm və bəzi faktları açıqlayacam" (sportal.az).