Düzmü edib, "Neftçi"nin hücumçusunu qovub? - Dedi ki...

3 Mart 16:20 Qalmaqal 1 050
Düzmü edib, "Neftçi"nin hücumçusunu qovub?  - Dedi ki...

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Neftçi” və “Kəpəz” arasında baş tutan cavab oyunundakı (1:0) mübahisəli epizoda münasibət bildirib.

Milli assosiasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, o, paytaxt təmsilçisinin hücumçusu Bassalu Sambunun epizodu ilə bağlı danışıb:

"Matçın 58-ci dəqiqəsində “Neftçi”nin hücumu zamanı Bassalu Sambu topla irəliləyərək, rəqibin cərimə meydançasına daxil olur.

Bu zaman “Kəpəz”in üzvü Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur.

Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir.

Müdafiəçinin ayağına tam təmas yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman təmas üçün sarı vərəqə qərarı qəbul edilə bilərdi".

Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 11:20 Bir az da siz…