COP29

Kurban Berdiyev "Turan"da daha bir QALMAQAL YARATDI!

18 Noyabr 13:00 Qalmaqal 2 272
Kurban Berdiyev "Turan"da daha bir QALMAQAL YARATDI!

«Turan Tovuz»dan ayrılmaq üçün hər gün bir bəhanə gətirən Kurban Berdiyev növbəti hərəkəti ilə düşərgədə olan hər kəsin qanını qaraldıb.

Futbolçuları yeri gəldi-gəlmədi acılayan, funksionerlərdən daim qulluğunda dayanmasını tələb edən baş məşqçi bu dəfə köməkçisinə «dişinin dibindən çıxanı» söyləyib.

Rusiyalı mütəxəssis əsas yarıdmıçsı Andrey Matyuranı komadanın gözü qabağında «ağ yuyub, qara sərib».

Adətən, hazırlıq proseslərini kənardan izləyən 72 yaşlı çalışdırıcı Matyuranın keçdiyi məşqi bəyənməyib. Qəfildən hirslənən Berdiyev onun üstünə qışqırıb və məşqi dayandırıb.

«Rubin»in sabiq sükançısı özünün bura gətirdiyi yaxın adamının üzərinə yeriyib, verdiyi tapşırıqların düzgün yerinə yetirilmədiyini söyləyib.

Matyura ona cavab verməyib, amma Berdiyevin reaksiyasından pərt olduğunu gizlədə bilməyib.

Tovuzlu azarkeşlərin narahatlığtına əsas var artıq. Təəssüf ki, «Turan»dan gələn xəbərlərlə onları sevindirə bilmirik. Klubdan hər gün bu tip bir neçə informasiya almırıq.

Dostlarımızın hamısı bir ağızdan deyir ki, gərginlik kulminasiya nöqtəsinə çox yaxınlaşıb. Baş məşqçi Ehtiram Quliyevin kadrlarını bəyənmir və saymır.

Onların içində ən yumşaq və üzüyola alam Səməd Nəsibovdur, di gəl, Berdiyev idman və marketinq üzrə direktoru da hər fürsətdə acılayır, əlini işdən soyudur.

İdarə Heyətinin sədrinin tələbə yoldaşı gündəlik ağır iş rejimindən yorulub, xəstəlik tapıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 17:00 VAR, yoxsa YOX?
21 Noyabr 08:20 Cavid öz yerini tapdı