Qazilərin komandasının haqqı yenə yeyildi, o, baş məşqçinin üzünə dayandı ki… VİDEO

15:00 Qalmaqal 440
Qazilərin komandasının haqqı yenə yeyildi, o, baş məşqçinin üzünə dayandı ki… VİDEO

I Liqada mübarizə aparan «Difai»yə qarşı qərəz kampaniyası davam etməkdədir.

İddiası çempionatda yerini qorumaq olan «fədailər» 22-ci turda da hakim tərəfkeşliyinin güdazına gedib.

Səfərdə «Qaradağ-Lökbatan»la qarşılaşan Qarabağ qazilərinin təmsilçisi ilk hissəsini 1:0 irəlidə bitirdiyi matçdan məğlubiyyətlə ayrılıb - 1:3.

Fərid Hacıyevin başçılıq elədiyi hakimlər briqadası xüsusən ikinci hissədə «Difai»yə qənim kəsilib.

Premyer Liqada görməyə alışdığımız referi və köməkçiləri bir çox epizodlarda onların əleyhinə haqsız qərarlar verib, beləcə, ədalət tərəzisinin gözünü əyib.

Sanki fasilə vaxtı kimdənsə «Difai»ni yıx, istədiyini et» tapşırığı alıb və onu icra edib.

Təqdim etdityimiz epizodlardan görünür ki, «Qaradağ»ın futbolçuları rəqibinə qarşı necə kobud oynayır. Burada biz Araz Abdullayevin dirsəklə Kristian Kamtaya zərbə endirməsinin də şahidi oluruq.

Fəqət, hakimliyə təsadüf nəticəsində gələn və bu sahədən qandığı qrafa olmayan F.Hacıyev adıçəkilən yarımmüdafiəçiyə nəinki qırmızı, heç sarı vərəqə göstərməyə də özündə cəsarət tapmır.

Bu azmış kimi, matçın hakim-inspektork Ömər Paşayev matçdan sonra «fit sahibi»nin himayədarı kimi sinəsini qabağa verib.

Vaxtilə model olaraq fəaliyyət göstərmiş, hazırda isə Hakimlər Komitəsində departament rəisi işləyən Paşayev ona etirazını bildirən «Difai»nin baş məşqçisi Aydın Qasımovun üzünə at kimi dayanıb. Deyib ki, referi 1-2 xırda xətadan başqa heç nə etməyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti