QALMAQAL! Baş məşqçi futbolçularını “satqın” adlandırdı

13:00 Qalmaqal 353
QALMAQAL! Baş məşqçi futbolçularını “satqın” adlandırdı

«Mingəçevir»in baş məşqçisi Füzuli Məmmədov növbəti dəfə futbolçularla problem yaşayıb.

Bu barədə komandadan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, o, I Liqanın son turunda «Cəbrayıl»a məğlubiyyətin ardından oyunçuları tənqid edib.

Vaxtilə «Neftçi»dən qovulmuş mütəxəssis 0:2 hesablı yenilginin təsiri altında kollektiv üzvlərini satqınlıqda suçlayıb:

«Dedi ki, mən daha sizin yanınızda nəsə danışmağa ehtiyat edirəm. «Sportinfo»nu nəzərdə tutaraq, «burada nə danışıram, hamısı saytda çıxır» söylədi.

O, bu dəqiqə öz kölgəsindən də qorxur. Hamıdan şübhələnir. Eşitmişik ki, Füzuli bu məğlubiyyətə görə rəhbərlikdəki şəxslərə başqa sözlər də deyib.

Guya, bəzi futbolçular qəsdən zəif oynadığından, «Cəbrayıl»a uduzmuşuq. Bu söhbətlər bizə xoş deyil.

Düzü, uşaqların əksəriyyəti onun getməsini istəyir. Çünki xasiyyəti çox pisdir, bizə hörmətsiz yanaşır, hər şeyə görə qışqırır və söyür.

Yalançılığını da görmüşük. Hər oyuna 200 manat mükafat deyilmişdi, indiyədək gətirib cəmi 100 manat veriblər.

Futbolçular arasında ayrı-seçkilik etməsini özü də dana bilməz. Komanda daxilində bəzi «xəbərçilər»i var, danışdıqlarımızı aparıb qoyurlar onun ovcuna.

Füzuli bütün günü axtarır ki, «Sportinfo» ilə əlaqə saxlayan futbolçular kimlərdir. Tapa bilmir deyə, dəli olub.

«Cəbrayıl»a uduzduqdan sonra paltardəyişmə otağında üstümüzə qışqırıb eləmədi. Sakit danışdı. Ancaq elə sözlər dedi ki, uşaqlardan üzünə qayıdan oldu».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti