
Elvin Cəfərquliyev intizamsız davranışları ilə ölkə futbolsevərlərində özü barədə müxtəlif fikirlər formalaşdırıb.
Böyük əksəriyyət “Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisini özünü idarə edə, əsəblərinə hakim ola bilməməkdə suçlayır.
Bir dəstə də var ki, Elvinin meydandan qovulmaq üçün bilərəkdən intizamsızlığa əl atdığını iddia edir. Yaşar Abdullayev adlı futbol azarkeşi kimi.
Stajlı futbol həvəskarı “feysbuk” sosial şəbəkə hesabında yazdığı şərhlə diqqətləri üzərinə çəkib.
O, Cəfərquliyevin mərc oyunlarında iştirakını ehtimal edərək, bununla bağlı AFFA və “Qarabağ” rəhbərlərinə səslənib:
“Mənə elə gəlir, Elvin öz “qırmızı”sına yaxşı pul qoyur. Öz oyun taktikasını belə seçir: sürətli oynayır, can yandırır, amma sonda elə bir hərəkət edir ki, özünü yerə atır, guya penalti qazandırmaq istəyir.
Başlayır hakimlə müqayisə etməyə, guya milliyə canı yanır. İz itirir. Bilərəkdən “qırmızı”sını alandan sonra rahatlanır. Bu, Elvinin taktikasıdır.
AFFA ilə “Qarabağ” bunu araşdırmalıdır. Əgər fakt təsdiqini taparsa, böyük məbləğdə pul cəriməsi kəsilməli və futboldan ömürlük uzaqlaşdırılmalıdır”.
Elvin Cəfərquliyev son bir ildə “Qarabağ” formasında üç, Azərbaycan seçməsinin heyətində iki dəfə meydandan qovulub.
HƏBİB / SPORTİNFO.AZ