"O, Qurban Qurbanovu da bezdirib, hamını boğaza yığıb" - VİDEO

27 Mart 18:35 Qalmaqal 5 297
"O, Qurban Qurbanovu da bezdirib, hamını boğaza yığıb" - VİDEO

"Elvin Cəfərquliyev hamını boğaza yığıb".

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin daimi iştirakçısı Haiti ilə yoldaşlıq matçında qırmızı vərəqə alan müdafiəçini "ağ yuyub, qara sərib".

O bildirib ki, cinah oyunçusu istər "Qarabağ"da, istərsə də yığmada tez-tez meydandan qovulur və bu, artıq adi hal alıb.

Tanınmış teleşərhçi deyib ki, Cəfərquliyev hamını bezdirib - başda Qurban Qurbanov olmaqla, bütün futbol ictimaiyyətini.

Abbasovun fikrincə, Elvin istedadlıdır, amma davranışlarına diqqət yetirmir, ona görə də yersiz vərəqələr alır.

Ekspert qeyd edib ki, millinin üzvü özünü psixoloqa göstərməli, ondan məsləhətlər almalıdır. Əks halda, karyerasını tezliklə bitirmək məcburiyyətində qalacaq.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
30 Mart 11:30 İstədiyiniz nədir?